Kətaib Hizbullahdan Netanyahunun etirafı ilə bağlı açıqlama

Kətaib Hizbullahdan Netanyahunun etirafı ilə bağlı açıqlama

İraqın Kətaib Hizbullah Hərəkatının təhlükəsizlik idarəsinin rəhbəri sionist rejimin baş nazirinin İraqda bu rejimə aid təhlükəsizlik elementinin mövcudluğu ilə bağlı açıqlamalarına reaksiya verib.

Az.rasthaber.com xəbər verir ki, Kətaib Hizbullah Hərəkatının təhlükəsizlik idarəsinin rəhbəri Əbu Əli əl-Əskəri məsələ ilə bağlı aşağıdakı açıqlamaları verib:

"Sionist rejimin baş naziri Benyamin Netanyahunun bu rejimin təhlükəsizlik elementinin İraqda məhbus olduğunu etiraf etməsi təhlükəlidir.

Sionist rejim mediası Elizabet Tsurkov adlı sionistin İraqlı bir qrup tərəfindən əsir götürüldüyünü elan edib".

Netanyahunun ofisi də bu xəbəri təsdiqləyib və bu iddiaları irəli sürüb: “Bu şəxs Amerikanın Prinston Universitetinin adından araşdırma məqsədi ilə İraqa gedib”.

Netanyahunun ofisinin məlumatına görə, bu şəxs İraqa Rusiya pasportu ilə daxil olub.

Əl-Əskəri açıqlamalarına belə davam edib: “Netanyahunun bu etirafına qarşı diqqətli və qətiyyətli mövqe sərgilənməlidir və İraqın müvafiq təhlükəsizlik qurumları bu rejimlə əlaqəli şəbəkələri müəyyən etməlidir.

Kətaib Hizbullahın İraqdakı sionist məhbusların aqibətini öyrənmək üçün əlavə səylər göstərəcəyini vurğulayan Əbu Əli əl-Əskəri deyib:

“Biz bu cinayətkar təşkilatların və sionistlərlə əlaqələrin qadağan olunduğu İraqda sionist hərəkatlarına şərait yaradanların niyyətlərini öyrənməyə çalışacağıq".

Xəbəri paylaş

VİDEOLAR