Əkrəm İmamoğlu saxlanıldı

Əkrəm İmamoğlu saxlanıldı

İstanbul şəhərinin meri Əkrəm İmamoğlu saxlanılıb.

Rasthaber Azərbaycan xəbər verir ki, həmçinin polis tərəfindən onun evində axtarış da aparılıb.

O, polisin müşayiəti ilə məhkəmə binasına çatdırılıb.

Bildirilir ki, Türkiyə prokurorluğu mer və aralarında biznesmenlər və jurnalistlərin də olduğu ümumilikdə 100 nəfərin həbsinə dair order verib. Onlara qarşı müxtəlif, o cümlədən də cinayətkar təşkilata üzvlük və rəhbərlik, şantajla pul almaq, rüşvət almaq, şəxsi məlumatların qeyri-qanuni şəkildə əldə edilməsi və tender nəticələrinin saxtalaşdırılması və digər ittihamlar irəli sürülüb.

Xatırladaq ki, bu həftə İstanbul Universiteti İmamoğlunun diplomunu da etibarsız elan edib. KİV-lər qeyd edirlər ki, bu, onu gələcəkdə prezident seçkilərində iştirak imkanından məhrum edir, çünki ölkə qanunvericiliyinə əsasən, namizədin ali təhsilinə dair diplomu olmalıdır.

Qeyd edək ki, o, CHP partiyasının təmsilçisidir.

Xəbəri paylaş

VİDEOLAR