Kremlin sözçüsü Dmitri Peskov bazar ertəsi keçirdiyi mətbuat konfransında bildirib ki, Kremlin Türkiyədə Rusiya taxıl gəmisinin saxlanılması ilə bağlı məlumatı yoxdur.
Az.rasthaber.com xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov deyib:
"Kremldə belə bir məlumat yoxdur. Düşünürəm ki, məsələni Nəqliyyat Nazirliyi və ya Xarici İşlər Nazirliyindən sorşmalıyıq. Çünki, Türkiyə tərəfi, əlbəttə gəminin saxlandığı təqdirdə, bu barədə səfirliyimizə və baş konsulluğumuza məlumat verməlidir".
Peskov həmçinin Özbəkistanın Qaraqalpaq Muxtar Respublikasına baş verən qanlı iğtişaşlarla bağlı məsələləri Daşkəndin daxili məsələsi adlandırıb.
Kremlin sözçüsü bildirib ki, Rusiya Özbəkistanı dost ölkə hesab edir və onun hakimiyyətinin bu məsələni həll etməyə çalışacağına şübhə etmir.