Bu ilin ilk Ərbəin zəvvarları Kərbəlaya doğru yola düşüb.
Az.rasthaber.com "İslamazeri.com"a istinadən xəbər verir ki, İraqın Bəsrə şəhərinin sakinləri piyada İmam Hüseynin (ə.s) hərəminə doğru hərəkət etməyə başlayıblar.
Zəvvarların Bəsrədən Kərbəlayadək 470 km yol qət edəcəkləri bildirilib.
Yürüş edən zəvvarların Ərbəin gününədək Kərbəlaya çatması planlaşdırılıb.
Qeyd edək ki, bu il İmamın (ə.s) şəhadətinin 40-cı günü (Ərbəin günü) sentyabrın 17-nə təsadüf edəcək.