Kərbəlada Ərbəin ziyarətçilərinin sayında TARİXİ RƏQƏM

Kərbəlada Ərbəin ziyarətçilərinin sayında TARİXİ RƏQƏM

Kərbəlada Ərbəin ziyarətçilərinin sayında tarixi rəqəm qeydə alınıb. Ərbəin mərasimində bu il 21 milyondan çox zəvvar iştirak edib.

Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, Həzrəti Əbəlfəzl (ə) ziyarətgahı idarəsinin Baş Katibliyi İmam Hüseynin (ə) qırx gününə gələnlərin sayının rəsmi statistikasını açıqlayıb.

Bəyanatda bildirilib ki, bu il Ərbəin ziyarətçilərinin sayı 21,198,640 nəfərə çatıb.

Bu statistikanın Kərbəlada quraşdırılmış çoxsaylı kameralar vasitəsilə elektron hesablama ilə əldə edildiyi bildirilib.

İraq Ordusunun mətbuat katiblərindən Səd Məin bildirib ki, bu rəqəm 2003-cü ildən (Səddam Hüseyn rejiminin süqutu) bəri qeydə alınmış ən böyük rəqəmdir.

Xəbəri paylaş

VİDEOLAR