Kərbəla şəhərinin merinin qətlindən sonra ölkədə 3 günlük matəm elan edilib.
Rasthaber Azərbaycan xəbər verir ki, ötən gün İraqın Kərbəla şəhərinin meri Abir Səlim əl-Həfaci Bağdad şəhərindən cənub-qərbdə qətlə yetirilib.
O, sinəsindən 3 güllə yarası alaraq dünyasını dəyişib.
Bu gün isə Kərbəla əyalətinin qubernatoru qatilin İraq təhlükəsizlik qüvvələri tərəfindən həbs edildiyini bildirib.
Kərbəla şəhərinin merinin qətlindən sonra ölkədə 3 günlük matəm elan edilib.