Tehran tibb elmləri universitetinin elmi heyətinin üzvü vurğulayıb ki, araşdırmaların nəticələri “Kovo İran Bərəkət” peyvəndinin koronavirusun mutasiya etmiş delta ştammı üzərində təsirli olduğunu göstərir.
Rasthaber Azərbaycan İran mediasına istinadən məlumatına əsasən, Tehran tibb elmləri universitetinin elmi heyətinin üzvü və “Kovo İran Bərəkət” peyvəndinin klinik testinə nəzarətçi- Məhəmmədrza Salehi deyib ki, bu vaksinin koronavirusun delta ştammı üzərindəki təsirliliyi dəyərləndirilib.
““Kovo İran Bərəkət” peyvəndinin birinci və ikinci mərhələrində iştirak edərək, vaksinasiya olunmuş şəxslərin koronavirusun delta ştammı qarşısında təsirli miqdarda anticismə malik olduqları müəyyən edilib”-deyə Salehi bildirib.
Tehran tibb elmləri universitetinin elmi heyətinin üzvü həmçinin deyib ki, ilk İran vaksini bundan qabaq da ingilis və Cənubi Afrika ştammlarını məğlub etmişdi və biz hal-hazırda bu barədə məqalə işləyib hazırlamaqdayıq.
Salehi vurğulayıb ki, bu peyvəndin kütləvi şəkildə istehsal prosesi sıçrayış götürməkdədir.
Vaksinlərin təhlükəsizliyinin ölçülməsi üzrə həyata keçirilən testlərdən heç birinin İran və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiq olunmadığını bildirən Tehran tibb elmləri universitetinin elmi heyətinin bu üzvü bildirib ki, vaksinin təhlükəsizliyinin yaradılması məsələsi olduqca mürəkkəb bir məsələdir.