Kosmik turizmi şirkəti təkrar bilet satışlarına start verir

Kosmik turizmi şirkəti təkrar bilet satışlarına start verir

“Kosmos gəmisi-2”nin uçuş hazırlıqları üçün Nyu-Mexikodakı kosmik bazaya aparıldığını qeyd edib

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, kosmik turizmi şirkəti “Virgin Galactic”in ilk müvəffəqiyyətli test uçuşundan bu yana təxminən 8 min rezerv aldığı bildirilərək bilet satışlarına təkrar başlanacağı açıqlanıb.

  İngiltərənin “Virgin Galactic” kosmik turizm şirkətindən verilən məlumata görə, 26 fevraldan etibarən kosmos səfəri qeydiyyatı təkrar başlayır. İstəyənlər internet üzərindən 1000 dollara rezerv etdirə biləcəklər. İki saatlıq turistik kosmos uçuşu üçün yerlər 250 min dollardan satışa təqdim edilir.

  “Virgin Galactic”in meneceri Stiven Attenboro (Stephen Attenborough) “Kosmos gəmisi-2”nin uçuş hazırlıqları üçün Nyu-Mexikodakı kosmik bazaya aparıldığını qeyd edib.

  Beynəlxalq Kosmos Federasiyası kosmos sərhədi olaraq 100 kilometr yüksəkliyi qəbul etsə də, “Virgin Galactic” 80 kilometr yüksəkliyə çataraq 6 adamlıq kabinlərdə sərnişinlərini kosmosa aparmağa hazırlanır.

  Şirkət 2018-ci ilin dekabrında atmosferdə 82 kilometr yüksəkliyə çıxılaraq kosmosa müvəffəqiyyətli bir test uçuşu reallaşdırıb.

Xəbəri paylaş

VİDEOLAR