Koronavirusla bağlı blokadada olan Uhan şəhərində qalan azərbaycanlı tələbələr var

Koronavirusla bağlı blokadada olan Uhan şəhərində qalan azərbaycanlı tələbələr var

Yeni koronavirus epidemiyası səbəbilə bağlanmış Çinin Uhan şəhərində azərbaycanlı tələbələr var

Yeni koronavirus epidemiyası səbəbilə bağlanmış Çinin Uhan şəhərində azərbaycanlı tələbələr var. Hakimiyyət şəhərə giriş və çıxışı qadağan etdiyinə görə şəhəri tərk edə bilmirlər. Bu barədə həmin tələbələrdən biri,  Səməd Azadlı məlumat verib.

Öz növbəsində Azərbaycan XİN rəsmi nümayəndəsi Leyla Abdullayeva Turan-ın sorğusuna cavab olaraq bildirib ki, bu məsələ ilə bağlı Çin tərəfi ilə danışıqlar aparılır. “Bu, asan olmayan və  uzun prosesdir, Çin tərəfi ilə danışıqlar davam edir”, - L.Abdullayeva deyib.

Azərbaycanın ÇXR-dəki səfiri Əkrəm Zeynallı isə  AZTV-yə bildirib ki, ÇXR-də hazırda 500 Azərbaycan vətəndaşı var. Uhanda 7 Azərbaycan vətəndaşı, o cümlədən 4 tələbə qalır.

Tələbələr yataqxanalarda təcrid ediliblər. Yerli hakimiyyət bütün əcnəbilərə küçələrə çıxmamağı tövsiyə edir və onları yemək və zəruri əşyalarla təmin edir. Çin hakimiyyəti şəhəri tərk etməyi məqsədəuyğun hesab etmir.

Azərbaycan tərəfi öz vətəndaşlarını gətrimək məqsədilə ÇXR hakimiyyəti ilə danışıqları davam etdirir və bunun tezliklə həyata keçiriləcəyinə ümid edir, səfir bildirib.

Xəbəri paylaş

VİDEOLAR