Koronavirusla bağlı 20 vaksin işlənilmə mərhələsindədir

Koronavirusla bağlı 20 vaksin işlənilmə mərhələsindədir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusa qarşı hazırlanmış peyvəndin ilkin nəticələrini yaxın həftələrdə gözləyir.

Rasthaber  Azərbaycan Sputnik-ə istinadla xəbər verir ki, bu barədə ÜST-nin nümayəndəsi  Melita Vuynoviç bildirib.

Onun sözlərinə görə, ÜST insanların həyatını xilas etməyə yönəldilmiş elmi araşdırmaları alqışlayır: “Hazırda ÜST baxılmaq və təsdiq edilmək üçün 40 diaqnostik test müraciəti alıb, 20 vaksin işlənilmə mərhələsindədir”.

Vuynoviç qeyd edib ki, ÜST vaksin hazılanmasına investisiya qoyulması üçün müxtəlif ölkələr və Ümumdünya Bankı kimi təşkilatlarla sıx əlaqə saxlayır.

Xəbəri paylaş

VİDEOLAR