Koronavirusa görə İtaliyada futbol yarışları dayandırıldı

Koronavirusa görə İtaliyada futbol yarışları dayandırıldı

Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə İtaliyada bütün futbol yarışları dayandırılıb.

Rasthaber Azərbaycan "Sputnik"ə  istinadən xəbər verir ki, bunu ölkənin Baş Naziri Cüzeppe Konte bəyan edib.

Eyni zamanda İtaliyanın Milli Olimpiya Komitəsi də rəsmi saytı vasitəsilə bildirib ki, ölkədə bütün idman yarışları ən azı aprelin 3-dək dayandırılacaq. Olimpiya Komitəsi beynəlxalq yarışlara müdaxilə edə bilmədiyi üçün bu qərarın avrokubok oyunlarına aidiyyəti olmadığını açıqlayıb.

Qeyd edək ki, İtaliya Avropada koronavirus epidemiyasının ən çox yayıldığı ökədir. Burada artıq 7 mindən çox insan sözügedən virusa yoluxub.

Xəbəri paylaş

VİDEOLAR