Koronavirus vaksinasiyasından öncə bu cür qidalanmaq məsləhət olunur

Koronavirus vaksinasiyasından öncə bu cür qidalanmaq məsləhət olunur

"Koronavirusa qarşı peyvənd vurdurmamışdan öncə qida rasionuna zülalla zəngin məhsullar, ət, balıq, yumurta əlavə etmək lazımdır".

Rasthaber Azərbaycan Sputnik-ə istinadla xəbər verir ki, bu barədə dietoloq Viktor Tutelan danışıb.

Onun sözlərinə görə, peyvəndləmədən sonra isə orqanizmdə vitamin balansını, xüsusən də D vitamini balansını qorumaq önəmlidir. "Vaksin spesifik antikorların istehsalını stimullaşdırmaq üçün tətbiq olunur. Antikorlar protein quruluşlarıdır, bunun üçün zülala - ət, balıq, yumurtaya böyük ehtiyac yaranır. Pəhrizimizdə buna diqqət etməliyik", – deyə dietoloq bildirib.

Qeyd edək ki, koronavirus xəstələrinin böyük əksəriyyətində D vitamini çatışmazlığı müşahidə edilir.

Xəbəri paylaş

VİDEOLAR