Koronavirus Türkiyədə belə yayıldı

Koronavirus Türkiyədə belə yayıldı

Anadoluya isə Ümrədən gələnlər koronavirusu gətirdiyi önə çəkilir.

Koronavirusun Türkiyədə yayılması ilə bağlı ölkənin Səhiyyə naziri Fahrettin Kocanın açıqlamasından sonra bu ölkədə virusun yayılmasının necə başlama və yayılması ilə bağlı Hürriyətdə bir xəbər yayılıb.
Rasthaber Azərbaycan xəbər verir ki, koronavirusa yoluxanların danışıqları və hansı istiqamətdə hərəkət etməsilə bağlı araşdırmalardan sonra məlum olub ki, İstanbul və İzmirə ilk olaraq koronavirus Avropadan gəlib.
Bundan sonra bu şəhərə yaxın Kocaeli, Ankara olmaqla 4-5 şəhərə də bu yolla gedib çatıb.
Anadoluya isə Ümrədən gələnlər koronavirusu gətirdiyi önə çəkilir.
Qeyd olunur ki, Ümrədən qayıdan zəvvarlar karantinə salınmadığına görə, bu yoluxma artaraq bütün Anadoluya yayılıb.
Şərq və cənub-şərq şəhərlərində isə İran və İraqla əlaqəsi olanlardan virusun yayıldığı bildirilir.
Başda Antalya olmaqla Aralıq dənizi ətrafındakı şəhərlərə Avropa və böyük şəhərlərdən məktəblərin bağlanması ilə gələnlərlə birlikdə koronavirusda yayılıb.

Xəbəri paylaş

VİDEOLAR