Koronavirus pandemiyası beynəlxalq siyasətləri sual altına apardı - Ruhani

Koronavirus pandemiyası beynəlxalq siyasətləri sual altına apardı - Ruhani

İran İslam Respublikasının prezidenti Həsən Ruhani koronavirusla mübarizə və onun idarə olunması üzrə milli qərargahın iclasında iştirak edib

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İran İslam Respublikasının prezidenti Həsən Ruhani bildirib ki, koronavirus pandemiyası beynəlxalq siyasətləri şübhə altına alıb.

"Bu gün dünya xalqları Amerikanın insanlığa sığmayan sanksiyalarını qətiyyətlə pisləyirlər. Yeganə həyat yolunun regional və beynəlxalq ittifaqların olduğunu iddia edən ölkələr milli təmayül səmtinə gediblər və birliklər zəifləyib.", -deyə Ruhani koronavirusla mübarizə və  idarə olunması üzrə milli qərargahın iclasında koronavirusun dünyada yaratdığı dəyişikliklərə toxunarkən bazar günü deyib.

Ruhani bildirib ki, Amerikada müalicə üçün qara ilə ağ və yerli ilə qeyri-yerli arasında fərq qoyulur.

"Hətta Avropa Birliyində də zahirdə bir-biriləri ilə dost olan ölkələr maska əldə etmək üstündə bir-biriləri ilə rəqabət aparırlar", -deyə İran prezidenti əlavə edib.

İran İslam Respublikasının prezidenti daha sonra İranda koronavirusla mübarizə üzrə milli səfərbərlik layihəsinin ilk etapında 78 milyon nəfərin dispanserləşdirildiyinə toxunaraq deyib:  "2-ci etapda da indiyə kimi 30 milyon nəfər yoxlanıbdır ki, bu dispanserləşdirmə ilk etapdakından daha dəqiq və daha məqsədyönlüdür."

Xalqın koronavirusla mübarizə sahəsindəki həmkarlığı və müşayiətinə görə təşəkkür edən Ruhani deyib: "Səhiyyə nazirliyinin bildirdiiyinə görə, bütövlükdə xalqın 83 faizindən çoxu ölkədə orta hesabla səhiyyə protokollarına riayət edib ki, bəzi şəhərlərdə bu göstərici 92 faizə də çatır. Ötən sutka ərzində xəstəxanalara müraciət edənlərin sayı olduqca azalıb və təqribən 300 nəfərə çatıb."

Xəbəri paylaş

VİDEOLAR