Gürcüstanda koronavirusa yoluxmuş 111 yaşlı nənə sağalıb.
Rasthaber Azərbaycan Gürcüstan mediasına istinadən xəbər verir ki, o, bu gün Respublika Xəstəxanasını tərk edəcək.
Bu barədə klinikanın mətbuat xidmətindən məlumat verilib.
Ahıl qadın 12 gün öncə xəstəxanaya yerləşdirilib.
Həkimlərin sözlərinə görə, pasient həkimlərin bütün məsləhətlərinə riayət edib və tam müalicə kursu keçib.
111 yaşlı nənə ilə yanaşı onun 80 yaşlı oğlu da xəstəxanadadır. Onun vəziyyət stabildir, o, özünü daha yaxşı hiss edir.