İranın İslami Şura Məclisinin sədrinin müşaviri Hüseyn Əmir Abdullahian koronavirus açıqlaması gündəm yaratdı
Rasthaber Azərbaycan xəbər verir ki, İranın İslami Şura Məclisinin sədrinin müşaviri Hüseyn Əmir Abdullahian koronavirusun Ağ Evin rəqiblərinə qarşı başlatdığı bioloji müharibə ehtimalından danışıb.
Sosial şəbəkə səhifəsində bir açıqlama verən Əmir Abdullahian “Bəlkə illər sonra koronavirus, Ağ Evin qlobal rəqiblərinə (Çin və Rusiya) qarşı başlatdığı və dünyanın bəzi bölgələrilə yanaşı Amerika xalqının da yoluxduğu bir bioloji müharibə olduğu məlum olacaq.”, -deyə bildirib.
Koronavirus ilk olaraq Çinin Vuhan şəhərində aşkarlanıb. Virusun mənbəsi bəzi vəhşi heyvanlar olduğu açıqlandı. Bu virus bu günə qədər Çinin 30 əyalətindən başqa İran, ABŞ, İngiltərə, Avstraliya, Tailand, Cənubi Koreya, Yaponiya, Kanada, Səudiyyə, Fransa, İtaliya, BƏƏ və bir çox ölkədə yayıldı.