Kornet raketlərinin Fələstinlilərin əlinə keçməsi və son müharibədəki rolu

Kornet raketlərinin Fələstinlilərin əlinə keçməsi və son müharibədəki rolu

"Kornet" raketlərinin Qəzzaya qarşı son 12 günlük müharibədə böyük rolu olub

Rasthaber Azərbaycan İran mediasına istinadən məlumatına əsasən,tanka qarşı "Kornet" raketlərinin Qəzzaya qarşı son 12 günlük müharibədə sionist rejimin quru hücumlarının qarşısının alınmasında önəmli rola malik olub.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, sionist rejimin Qəzzaya qarşı son genişmiqyaslı müharibəsində Qəzza müqaviməti dəfələrlə zirehli qüvvələrə qarşı Kornet raket sistemindən istifadə edərək Qəzzənin ətrafında sionist rejim ordusunun zirehli texnikalarını məhv edə bilib.

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah 2020-ci il 27 oktyabrda Əl-Məyadin telekanalına verdiyi müsahibədə "Kornet"lərin Fələstinlilərin əlinə çatması haqqında açıqlama vermişdi.

Nəsrullahın dediyinə görə, şəhid General Qasim Süleymaninin Kornet raketlərinin Qəzzaya köçürülməsində əsas rolu olub və şəhid Süleymani Rusiya istehsalı olan bu raketləri Suriya dövlətindən təhvil alaraq, bir əməliyyat çərçivəsində onları Qəzzada müqvimət qruplarına çatdırıb. Sonralar Qəzzada müqavimət Kornet raketlərindən istifadə etdikdə işğalçı rejimin hesablamaları alt-üst olub.

Əl-Cəzirə telekanalı Kornet raketlərinin müharibə gedişatına təsiri barədə bildirir: “ Kornet raketlərinin zərbə gücünə ən əsas etiraf İsrail ordusunun generallarından birinin dilindən edildi. O deyir: “ Kornet kabineti üstələdi” . Kabinetdən məqsəd İsrailin təhlükəsizlik kabinetidir, hansı ki, Qəzzaya hücum qərarını o vermişdir.

Əl-Cəzirə telekanalının veb səhifəsinin yazdığına görə, Kornet raketləri asan daşınma qabiliyyətinə malik olaraq, dəmir qüvvəni də yara bilir və müqavimət qüvvələri bu raket sistemindən faydalanaraq Qəzzanın ətrafındakı sionist rejim hərbçilərinin patrul qüvvələrini cidd vahiməyə salmışlar. Bu raketlərin dağıdıcılıq gücü çox böyükdür və hədəfə aldığı hərhansı bir tank və hərbi texnikada insan tələfatına səbəb olur.

Xəbəri paylaş

VİDEOLAR