Kolumbiyada İsrailə kömür ixracını qadağan edən qərar qəbul edilib.
Az.rasthaber.com xəbər verir ki, fərman Kolumbiya prezidenti Qustavo Pedro tərəfindən imzalanıb.
Beləliklə də, Kolumbiya işğalçı İsrail rejiminə kömür ixracını dayandırıb.
Qeyd edilib ki, 2023-cü ilin yanvar-avqust aylarında Kolumbiyadan İsrailə 375 milyon dollar məbləğində məhsul ixrac edilib. Həmin ixracatın mühüm hissəsini kömür təşkil edib.
Məlumata görə, enerji istehsalında İsrail kömürdən asılıdır. Bundan başqa, İsrail hərbi işlər üçün də kömürdən istifadə edir.
İsrail enerji istehsalı sahəsində kömürdən asılıdır, həmçinin kömürdən hərbi məqsədlər üçün də istifadə edir.
Nəzərinizə çatdıraq ki, Kolumbiya sionist rejimlə diplomatik əlaqələri də kəsib, həmçinin İsraidən silah tədarükünü də tam dayandırıb.