Kolumbiya İsraillə əlaqələri kəsir - SƏBƏB

Kolumbiya İsraillə əlaqələri kəsir - SƏBƏB

Rəsmi Boqota sabahdan İsraillə olan diplomatik əlaqələrə xitam verəcək.

Rasthaber Azərbaycan xəbər verir ki,  bu barədə Kolumbiya prezidenti Qustavo Pedro bəyan edib.

Bir söz həyatın, üsyanın, bayrağın dalğalandırılmasının və müqavimətin zəruriliyinə bəraət qazandırır. Həmin söz “Qəzzadır”, həmin söz “Fələstindir”, həmin söz həlak olan, bombaların parçaladığı (fələstinli) qız və oğlan uşaqlarıdır, körpələrdir. Burada sizin qarşınızdakı dəyişikliklər hökumətidir və respublika prezidenti bildirir ki, sabah İsrail dövləti ilə olan diplomatik münasibətlər kəsiləcək“, – deyə o qeyd edib və bunun səbəbinin “İsrail hökumətinin və başçısının soyqırım törətməsi” olduğunu deyib.

Xatırladaq ki, Petro daha öncə də İsrailin Qəzzadakı əməllərini “soyqırım” adlandırıb və buna qarşı çıxışlar edib. Həmçinin Kolumbiya İsraildən bütün silah alışını da dayandırıb.

Xəbəri paylaş

VİDEOLAR