Koen: Tramp Rusiya tərəfinin köməyi ilə kələkbazlıq edib

Koen: Tramp Rusiya tərəfinin köməyi ilə kələkbazlıq edib

Tramp 2016-cı il seçkilərində Rusiya tərəfinin köməyi ilə kələkbazlıq edib.

Rasthaber xəbər verir ki, ABŞ prezidenti Donald Trampın keçmiş vəkili Maykl Koen bildirib. 

Axios portalında dərc olunan məlumatda o, bu haqda özünün “Satqın: prezident Donald Trampın keçmiş şəxsi vəkili Maykl Koenin real hekayəsi” adlı kitabında yazıb.

Koen deyir ki, Tramp və Rusiya əlbirdir. Üstəlik Tramp bunu “onu qaraldanların təsəvvür etdiyi incə metodlar” vasitəsi ilə etməyib.

“Mən həmçinin bilirdim ki, (ABŞ-ın eks-prokuroru Robert) Müllerin araşdırması cadugər ovu deyil. Tramp Rusiyanın göz yumması ilə bu seçkilərdə qalib gəldi”, – deyə o qeyd edib.

Koen əlavə edib ki, “qalib gəlmək” Trampın həmişəki “işləri aparma modeli və həyat tərzi olub”.

Adıçəkilən kitabın 8 sentyabrda işıq üzü görəcəyi planlaşdırılır.

Xəbəri paylaş

VİDEOLAR