Köçəryan: Seçkilər böhranı həll etmədi

Köçəryan: Seçkilər böhranı həll etmədi

Köçəryan hesab edir ki, seçkilər qarşıya qoyulmuş məqsədi həll etmədi, böhranın səbəbi isə aradan qaldırılmayıb.

Rasthaber Azərbaycan “Sputnik”-ə istinadən xəbər verir ki, işğalçı Ermənistan rejiminin eks-prezidenti və “Hayastan” blokunun lideri Robert Köçəryan 1,5 ildən sonra yeni parlament seçkilərinin keçiriləcəyinə dair proqnoz səsləndirib.

O deyib ki, növbədənkənar seçkiləri siyasi böhranın aradan qaldırılması üçün keçirirlər. Ermənistanda böhrana isə müharibədəki məğlubiyyət səbəb oldu və seçkilər onu həll edə bilməz, çünki o, məhz bu komanda hakimiyyətdə olanda baş verib. Mahiyyətcə, Köçəryan hesab edir ki, seçkilər qarşıya qoyulmuş məqsədi həll etmədi, böhranın səbəbi isə aradan qaldırılmayıb.

“Bu, o deməkdir ki, biz niyə məğlubiyyətə uğradığımıza, niyə 5 min insanın ölməsinə, Şuşa və Hadrutun necə itirilməsinə dair suala cavab almadıq və 5 milyardlıq sazişə dair şübhələr heç hara yoxa çıxmayacaq”, – deyə o, qeyd edib.

Köçəryan əlavə edib ki, bu qədər sualın olduğu şəraitdə siyasi birlik barədə danışmaq qeyri-mümkündür. Müvafiq olaraq da, blok böhranın aradan qaldırılmasına yönəlmiş mübarizəni davam etdirəcək.

Onun sözlərinə görə, hazırkı şəraitdə hakimiyyətdə olan komandanın yalnız 2 çıxış yolu var: o, ya repressiya və siyasi təqiblər yolu ilə getməyə davam edəcək, ya da öz səhvlərindən dərc çıxararaq işləmək stilini əsaslı şəkildə dəyişəcək.

Köçəryan hesab edir ki, birinci yol seçilib, deməli, bu yol mütləq şəkildə yeni növbədənkənar seçkilərə aparır.

“Yeni seçkilərin keçirilməsi tələbi, mənim proqnozlarıma əsasən, 1,5 ildən sonra baş verəcək”, – deyə o, bildirib.

Xəbəri paylaş

VİDEOLAR