Kənani: İsrailin tarixi zülm, qətliam və işgəncələrlə doludur

Kənani: İsrailin tarixi zülm, qətliam və işgəncələrlə doludur

İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Aparteid İsrail rejiminin tarixi terror, qətli-am, işgəncə və uşaqların qırğın edilmələrilə doludur.

Az.rasthaber.com xəbər verir ki, Nasir Kənani sionist rejimin uşaq öldürmələrinin davam etməsinə işarə ilə bir tvittdə yazıb: Muhəmməd Əldurrahdan tutmuş Riyan Süleymanadək aparteid İsrail rejiminin tarixi terror, qətli-am, işgəncə və uşaqların qırğın edilmələrilə doludur.

İran Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib: Riyan və digər şəhid fələstinli uşaqlar yalançı insan hüquqları iddiaçıları və münasibətləri adiləşdirmə sükutunun qurbanlarıdırlar.

Sionist hərbçilərin Beyt-Ləhmin şərqində yerləşən Tuqu kəndinə qarşı basqını nəticəsində dünən Riyan Yasir Süleman adlı bir yeddi yaşlı fələstinli uşaq şəhid edilib.

Fələstinli mediaların bildirdiklərinə görə, fələstinli məktəblilərin sionist rejim qüvvələri tərəfindən təqib edilmələri nəticəsində bu uşaq qaçarkən hündür bir yerdən yerə yıxılıb və şəhid olubdur.

Xəbəri paylaş

VİDEOLAR