Kənani: İsrail yalnız qətiyyətli hərəkət qarşısında beynəlxalq qanunlara əməl edir

Kənani: İsrail yalnız qətiyyətli hərəkət qarşısında beynəlxalq qanunlara əməl edir

Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Sionist cinayətkar dəstə yalnız təzyiq və qətiyyətli və çəkindirici hərəkətlər qarşısında beynəlxalq qanunlara tabe olmağa hazırdır və əks halda cinayətləri və çirkin əməlləri üçün sərhəd tanımır.

Az.rasthaber.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani X sosial şəbəkəsindəki istifadəçi hesabında yazıb: Sionist rejimin maliyyə naziri bu rejimin əsirlərinin azad edilməsi müqabilində iki milyon fələstinlinin yaradılmış aclıq üzündən öldürülməsini haqlı və əxlaqi əməl adlandırıb.

 

Ölkəmizin diplomatiyasının sözçüsü əlavə edib: Sionist cinayətkar dəstənin bu üzvünün açıqlamaları yalnız bir növ açıq elan və etirafdır. Yoxsa, son 10 ayda dünya Qəzzada qadın, uşaq və günahsız dinc əhalinin soyqırımı və kütləvi şəkildə qətlə yetirilməsi, eləcə də yaradılmış aclıq və qıtlıq kimi sionist rejimin əməli fəaliyyətinin şahidi olub.

Xəbəri paylaş

VİDEOLAR