Xarici İşlər Nazirliyinin mətbuat katibi dedi: “Moskvanın evsahibliyi ilə keçirilən BRİKS-ə üzv ölkələrin informasiya departamentlərinin rəhbərləri və sözçülərinin iclasında müxtəlif məsələlər, o cümlədən media və mədəni əlaqələrin gücləndirilməsi, həmçinin qərb mediasının yaydığı yalanlara qarşı mübarizə istiqamətində müzakirələr və fikir mübadiləsi aparıldı.”
Az.rasthaber.com xəbər verir ki, Nasir Kənani bu iclasın sonunda Moskvada İRNA müxbirinə verdiyi müsahibədə bildirdi: “İnformasiya departamentlərinin rəhbərləri və sözçülərinin iclası Rusiya hökumətinin BRİKS qrupuna sədrlik etdiyi bir illik dövr üçün tərtib etdiyi proqramlar çərçivəsində keçirildi.”
“BRİKS qrupuna üzv ölkələr arasında bu qrupun məqsədləri haqqında informasiya və ümumi məlumat mübadiləsi bu iclasda qaldırılan mövzulardan biri oldu” - deyə, Kənani qeyd etdi.
İranın İctimai Diplomatiya və Media Mərkəzinin rəhbəri müsahibəsinin davamında dedi: “İclasda həmçinin müstəqil ölkələrə qarşı informasiya dövriyyəsində yalan məlumatlara qarşı, eləcə də Qərb qrupuna bağlı qondarma əsas media tərəfindən yalanların yayılması ilə mübarizənin həlli yolları araşdırıldı.”