Kənani: Avstraliya, Yeni Zelandiya və Kanadanın İrana qarşı ittihamı əsassızdır

Kənani: Avstraliya, Yeni Zelandiya və Kanadanın İrana qarşı ittihamı əsassızdır

İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Avstraliya, Yeni Zelandiya və Kanadanın İran İslam Respublikasının təcavüzkara qarşı qanuni müdafiəsi ilə bağlı ittihamını əsassız sayaraq deyib: “Bu ittihamlar belə ölkələrin sionist rejimə silah verməklə işğalçı sionist rejimin məzlum Fələstin xalqına qarşı hərbi cinayətlərində şərik olduqları bir vaxtda irəli sürülür.”

Az.rasthaber.com xəbər verir ki, Nasir Kənani 29 iyul bazar ertəsi axşam saatlarında sionist rejimin ölkəmizin diplomatik binasına keçmiş hava hücumu ilə bağlı birgə bəyanatında Avstraliya, Yeni Zelandiya və Kanadanın ikili yanaşmasını, eyni zamanda BMT-nin Nizamnaməsinin 51-ci maddəsinə əsasən, İran İslam Respublikasının təcavüzkara qarşı qanuni müdafiə hüququndan istifadə etməsinə irad bildirməsini pisləyib.


N. Kənani vurğulayıb: “Bəzi ölkələrin, o cümlədən bu üç ölkənin beynəlxalq normaların seçmə variantında ikili yanaşması və bu ölkələrin sionist aparteid rejiminə acınacaqlı dəstək verməsi, nəinki regionda gərginliyin azaldılmasına kömək etmir, həm də təcavüzkarı ruhlandırıb və Qəzzədə sionist rejimin qəddar əməllərini və hərbi cinayətlərini gücləndirib.”

Xəbəri paylaş

VİDEOLAR