KİV: İŞİD liderinin cəsədi qəbirdən çıxarılaraq ABŞ-a satılıb

KİV: İŞİD liderinin cəsədi qəbirdən çıxarılaraq ABŞ-a satılıb

Ötən oktyabr ayında Suriyanın Dəra əyalətində öldürülən İŞİD liderinin cəsədi qəbirdən çıxarılaraq ABŞ-a satılıb.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə “Bağdad əl-Youm”, eləcə də “Anadolu” Agentliyi yerli mənbələrə istinadən məlumat yayıblar.

Bildirilib ki, Suriyanın əl-Tənif bölgəsində olan qruplaşmalar Dəra əyalətində basdırılmış İŞİD liderinin cəsədini qəbirdən çıxararaq ABŞ-a veriblər.

Bəzi mənbələr bunun pul qarşılığında həyata keçirildiyini bildirirlər. Çünki İŞİD lideri Əbul-Həsən Qurəşinin basdırıldığı Casim rayonu hökumət qüvvələrinin nəzarətindəki Dəra əyalətində yerləşir.

Qeyd edək ki, ötən oktyabrda öldürülən Əbul-Həsən Qurəşi (digər ləqəbləri: Seyf Bağdad, Əbdürrəhman əl-İraqi) 2014-cü ildən bu yana İŞİD-in üçüncü lideri hesab edilir. O, terror təşkilatının Əbu-Bəkr əl-Bağdadi və Əbu-İbrahim Qurəşidən sonra üçüncü lideri idi. Hazırki lider isə Əbul-Hüseyn Qurəşidir.

Xəbəri paylaş

VİDEOLAR