KİV-ə dəstək fondu ilə bağlı Prokurorluq araşdırma aparacaq

KİV-ə dəstək fondu ilə bağlı Prokurorluq araşdırma aparacaq

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna ayrılan vəsaitlərin istifadəsi ilə bağlı materiallar prokurorluğa göndərilib.

Hesablama Palatası Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna ayrılan vəsaitlərin istifadəsi ilə bağlı materiallar prokuroroluğa göndərib.

Rasthaber Azərbaycan fed.az-a istinadən xəbər verir ki, bu barədə qərar Palatanın kollegiya iclasında qəbul edilib.

Kollegiyada Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna büdcədən ayrılan vəsaitlərin icrasına dair maliyyə və uyğunluq auditinin nəticələri barədə Auditor hesabatı müzakirə edilib.

Audit zamanı məlum olub ki, fondun vəzifəli şəxsləri  dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə əməl etməyib, vəsaitlər təyinatı üzrə istifadə edilməyib, tikinti norma və qaydaları pozulub, kütləvi informasiya vasitələrinə yardımlar qanunvericiliyin tələblərinin pozulması ilə verilib.

Aşkar edilmiş nöqsanlarla bağlı materialların "Hesablama Palatası haqqında" qanuna uyğun olaraq Azərbaycan Baş Prokurorluğuna göndərilib.

Xəbəri paylaş

VİDEOLAR