Kişineuda Azərbaycan və Ukrayna prezidentlərinin görüşü olub

Kişineuda Azərbaycan və Ukrayna prezidentlərinin görüşü olub

İyunun 1-də Moldovanın paytaxtı Kişineuda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub.

Az.rasthaber.com xəbər verir ki, görüşdə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əlaqələr ətrafında fikir mübadiləsi aparılıb və ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olundu.

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Ukraynaya yeni səfirinin təyin olunduğunu və səfirin tezliklə fəaliyyətə başlayacağını bildirib.

Ukrayna prezident Volodimir Zelenski də Azərbaycanın Ukraynaya humanitar yardımlarına, ukraynalı uşaqlara göstərilən qayğıya və onların Azərbaycana səfərlərinin təşkil olunmasına görə təşəkkürünü dilə gətirib və bunun çox yüksək qiymətləndirildiyini deyib.

Görüşdə ayrıca Azərbaycanın və Ukraynanın beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsi məmnunluqla ifadə olunub.

Xəbəri paylaş

VİDEOLAR