Kirmanda törədilən terror hücumu ilə bağlı YENİ XƏBƏR

Kirmanda törədilən terror hücumu ilə bağlı YENİ XƏBƏR

İranın Kəşfiyyat Nazirliyi yeni açıqlamasında Kirmanda törədilən terror aktı ilə bağlı daha 2 nəfərin həbs edildiyini açıqlayıb.

Az.rasthaber.org xəbər verir ki, İran Kəşfiyyat Nazirliyinin yaydığı yeni açıqlamada Kirmanda törədilən terror aktı ilə bağlı 2 terrorçunun zərərsizləşdirildiyi, 2 nəfərin isə həbs edildiyi açıqlanıb.

Açıqlamada həbs edilən terrorçulardan birinin İŞİD liderlərindən olan “Əbu İmran” ləqəbli “Məhəmməd İmran Tənvir” olduğu və onun əl istehsalı bomba mütəxəssisi və Abdullah Tacikinin qohumu olduğu bildirilib. 

Digər terrorçunun adı isə fəhlə qiyafəsində ölkəyə daxil olan Mehtab adlı şəxs olduğu açıqlanıb.

Son məlumata görə, Tehranın qərbində bir bölgəyə daxil olan İŞİD liderlərindən olan “Adel Pəncşiri” ləqəbli “Məhəmməd Adel Aref” də axtarışdadır.

Xəbəri paylaş

VİDEOLAR