Kirbi: İranın xəbərdarlığı ciddidir

Kirbi: İranın xəbərdarlığı ciddidir

Amerika rəsmisi etiraf edib ki, Vaşinqton sionist rejimin son gərginlik yaradan hərəkətlərinə İranın mümkün reaksiyasından narahatdır və öz maraqlarını qorumaq üçün regionda münaqişələrin yayılmasının qarşısını almağa çalışır.


Verilişin aparıcısı Vaşinqtonda işğalçı İsrailin baş naziri Benyamin Netanyahu ilə ABŞ prezidenti Co Bayden arasında atəşkəs məsələsinin gündəmə gətirildiyi son görüşə toxunaraq deyib ki, indi bir neçə gündən sonra atəşkəs məsələsinin gündəmdən düşdüyünün şahidi oluruq və digər tərəfdən Amerika hərbi gəmilərini bölgəyə göndərir.

Con Kirbi bu məsələnin cavabında Vaşinqtonun bölgəyə qoşun göndərməkdə məqsədinin münaqişənin genişmiqyaslı regional müharibəyə çevrilməsinin qarşısını almaq olduğunu iddia edib.

Xəbəri paylaş

VİDEOLAR