Şimali Koreya Xarici İşlər Nazirliyi bu haqda açıqlama yayıb
Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Şimali Koreya Amerika Birləşmiş Ştatları prezidenti Donald Trampın ölkə lideri Kim Çen İndən "xoş bir məktub" aldığı ilә bağlı verdiyi açıqlamanın əsassız olduğunu bildirib.
Şimali Koreya Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada məktubun Trumpın elan etdiyi kimi ölkə lideri tərəfindən göndərilmədiyi bildirilib.
Açıqlamada iki ölkə arasındakı münasibətlərdən "eqoist məqsədləri üçün" sui-istifadə edilməməsinin vacibliyi vurğulanıb.
Qeyd edәk ki, şənbə günü Ağ Evdə koronavirusla bağlı keçirilәn mәtbuat konfransında çıxış edәn Donald Tramp Şimali Koreya liderindәn "xoş bir məktub" aldığını açıqlamışdı.