Kazimi: ABŞ İraqın siyasi infrastrukturunu məhv etdi

Kazimi:  ABŞ İraqın siyasi infrastrukturunu məhv etdi

İraqda hökümətin qurulması tapşırılan Mustafa əl-Kazimi mətbuat konfransı keçirib

Rasthaber Azərbaycan xəbər verir ki, İraqda hökümətin qurulması tapşırılan Mustafa əl-Kazimi, bu gün media nümayəndələrinin qarşısında etdiyi açıqlamada “Böhranların baş naziriyəm, fəqət önündəki çətinlikləri yox edə biləcək sehirli bir çomağa sahib deyiləm”, - deyib.

Kazimi “ABŞ-ın İraqı işğal etməsi ölkənin siyasi infrastrukturunu məhv etdi”,- deyə qeyd edib.

Kazimi ABŞ-ın İraqdakı hərbi varlığı haqqında isə bu mövzu ilə bağlı ciddi görüşlər başladacağını önə çəkərək, İraqın mübahisələri həll edən bir sahəyə çevrilməməsi üçün əlindən gələcəyini bildirib.

Kazimi, Bağdad hökümətinin İslam və Ərəb ölkələrlə ortaq mənafelər təməlində əlaqələrinin davam etməsinin lazım olduğuna da inandığını açıqlayıb.

Xəbəri paylaş

VİDEOLAR