Mixail Priboçiy “Kaspersky” şirkətinin Rusiya, MDB və Baltikyanı ölkələr üzrə direktoru təyin olunub.
Rasthaber Azərbaycan xəbər verir ki, 2020-ci ilin aprel ayından etibarən Mixail Priboçiy “Kaspersky” şirkətinin Rusiya, MDB və Baltikyanı ölkələr üzrə direktoru təyin olunub.
Kaspersky” şirkətinin press relizində qeyd edilir ki, 2020-ci ilin aprel ayından etibarən şirkətin Rusiya, MDB və Baltikyanı ölkələr üzrə direktoru vəzifəsinə Mixail Priboçiy təyin olunub. O, bu vəzifədə 12 il şirkətinin Rusiya bürosuna rəhbərlik edən Sergey Zemkovu əvəz edəcək.
Mixailin prioritet vəzifələri «Kaspersky» şirkətinin xidmət sahəsində, B2B və xSP seqmentlərində mövqelərini möhkəmləndirmək, eləcə də, xarici ölkələrdə şirkətin bazar payını artırmaqdan ibarət olacaq.
“Rusiya və qlobal səviyyədə informasiya təhlükəsizliyi həllərinin aparıcı istehsalçısı olan “Kaspersky” komandasının bir hissəsi olmaqdan qürur duyuram. Əsas missiyası təhlükəsiz dünya qurmaq olan şirkətimizin mümkün qədər uğur qazanması üçün gücümü və biliklərimi əsirgəməyəcəyəm", - bunu Mixail Priboçiy deyib.
Son on il ərzində Mixail qlobal İT servis distribyutoru olan “Axoft” şirkətinin baş direktoru vəzifəsini icra edib. Onun rəhbərliyi altında “Axoft”, Rusiya bazarında kibertəhlükəsizliyə dair proqram təminatı və həllərinin satışı üzrə lider oldu, layihələrin paylanması sahəsində lider mövqe tutdu və iki il ardıcıl olaraq “Kaspersky” şirkətinin korporativ məhsulların inkişafı və satışı baxımından ən yaxşı tərəfdaşı oldu.
"Komandamıza yeni güclü oyunçunu salamlamaqdan məmnunam. Mixail bazarda çoxdan tanınıb, əsl peşəkardır. Əminəm ki, onun zəngin idarəetmə təcrübəsi, həmçinin şirkətin daxili proseslərinə yeni baxışı və bazarla ünsiyyəti “Kaspersky” şirkətinə yeni inkişaf nöqtələrini tapmağa imkan verəcək", - bunu Sergey Zemkov deyib.
Sergey Zemkov “Kaspersky” şirkətində baş direktorun Rusiyada perspektivli layihələr üzrə müşaviri vəzifəsində fəaliyyətini davam etdirəcək. Yeni vəzifəsində o, “KasperskyOS” əməliyyat sisteminə əsaslanan immun həllərinin yaradılması, tərəfdaş ekosisteminin yaradılması və şirkətin innovativ rəqəmsal həllərinin kommersiyalaşdırılması üçün istiqamətlərin və layihələrin inkişafına diqqət yetirəcək.
"Sergey komanda üçün yüksək standartlar tətbiq edib və şirkətin işinə böyük töhfə verib. Estafeti qəbul etməkdən və Sergeylə yeni sahədə işləməkdən şad oldum”, - bunu da Mixail Priboçiy deyib.