Qətlə yetirilmiş səudiyyəli jurnalist Camal Kaşıkçının oğlu atasının qatillərini bağışlamaqla bağlı bəyanat yayıb.
Rasthaber Azərbaycan BBC-yə istinadən xəbər verir ki, Səudiyyə hökumətinin sərt tənqidçisi olan Kaşıkçı 2018-ci ilin oktyabrında ölkəsinin İstanbuldakı konsulluğunda öldürülüb.
Səudiyyə rəsmiləri onun ölümünün "yaramaz əməliyyat" nəticəsində baş verdiyini və bu barədə dövlət tərəfindən sanksiya verilmədiyini müdafiə edirlər.
Lakin onların hadisələrlə bağlı hesabatı beynəlxalq səviyyədə, bəzi xüsusi xidmət orqanları və BMT tərəfindən də şübhə altına alınıb.
Kaşıkçı ölümündən əvvəl Washington Post qəzetinə yazır və ABŞ-da yaşayırdı.
Onun yoxa çıxması ilə bağlı dəyişkən hesabatlar təqdim edəndən sonra, Səudiyyə hakimiyyəti sonda onun ölkəyə qayıtarılması üçün tapşırılan verilən bir qrup tərəfindən uğursuz əməliyyat zamanı öldürülüdüyünü bildirib.
2019-cu ilin dekabrında Riyad şəhərində gizli keçirilən məhkəmə prosesindən sonra Kaşıkçının öldürülməsindəki roluna görə adı çəkilməyən beş nəfər edam cəzasına məhkum edilib.
Birləşmiş Millətlər Təşkilatının xüsusi məruzəçisi Agnes Callamard Səudiyyə məhkəmə prosesini "ədalətin antitezi" adlandırıb və müstəqil istintaqın təşkilinə çağırıb.
Kaşıkçının ailəsi nə deyib?
Bəyanat cümə günü mərhum jurnalistin övladlarından biri olan Salah Kaşıkçının Twitter hesabında dərc olunub.
"Bu mübarək ayın (Ramazan ayının) bu mübarək gecəsində Allahın dediyini xatırlayırıq: Bir insan bağışlayarsa və barışdırarsa, onun mükafatı Allah tərəfindəndir", - Səudiyyə Ərəbistanının Ciddə şəhərində yaşayan Salah yazıb.
"Buna görə də, biz, şəhid Camal Kaşıkçının övladları, atamızı öldürənləri qüdrətli Allahdan mükafat diləyərək bağışladığımızı elan edirik."
İslam qanunlarına görə, ölüm hökmləri, qurbanın ailəsi tərəfindən bağışlanmaq şərtilə yumşaldıla bilər, ancaq bu qaydanın hazırki halda tətbiq edilib-edilməyəcəyi açıqlanmır.
Salah bundan əvvəl Səudiyyə istintaqına inandığını və dəstəklədiyini ifadə edən açıqlamalar vermişdi.
O, həmçinin atasının ölümündən ölkə rəhbərliyini sarsıtmaq üçün istifadə etdiyini söylədiyi Səudiyyə Ərəbistanının "əleyhdarları və düşmənləri"ni tənqid edib.
Keçən il Washington Post qəzeti Kaşıkçının uşaqlarının atalarının öldürülməsinə görə təzminat olaraq ev və aylıq ödəniş aldıqlarını bildirmişdi.
Qəzetin verdiyi məlumata görə, Kaşıkçının böyük oğlu Salah onun Səudiyyə Ərəbistanında yaşamağa davam etmək niyyətində olan yeganə qohumu idi.
Camal Kaşıkçıya nə olub?
2017-ci ildə könüllü olaraq ABŞ-a sürgünə gedən jurnalist 2018-ci oktyabrın 2-də il nişanlısı Hatice Cengiz ilə evlənmək üçün sənədlərini düzəltmək məqsədilə Səudiyyənin İstanbuldakı konsulluğuna gedib.
Müstəntiqlər Kaşıkçının nişanlısının onu küçədə gözlədiyi zaman öldürüldüyünü hesab edirlər və parçalandığını düşünürlər, ancaq onun qalıqları hələ də tapılmayıb.
Səudiyyə rəsmiləri əvvəlcə onun binanı diri tərk etdiyini iddia ediblər, lakin onun itkin düşməsindən sonrakı həftələrdə hadisələrin gedişatı ilə bağlı hesabatlar bir neçə dəfə dəyişib.
Onun dəhşətli qətlinin təfərrüatları dünyanı sarsıdıb və BMT-nin sonrakı hesabatında vəliəhd şahzadə Məhəmməd bin Salmanın və digər yüksək səviyyəli Səudiyyə rəsmilərinin ayrılıqda məsuliyyət daşıdığına dair etibarlı sübutların olduğu bildirildi.
Şahzadə qətldə hər hansı bir əlaqəni rədd edib, lakin "xüsusən də qətlin Səudiyyə hökumətində çalışan şəxslər tərəfindən edildiyi üçün Səudiyyə Ərəbistanının lideri kimi tam məsuliyyət daşıdığını" söyləyib.