Kanadadan Ukraynaya tam dəstək

Kanadadan Ukraynaya tam dəstək

Kanadanın baş naziri bu haqda danışıb

”Kanada dövlətinin Ukraynaya verdiyi dəstək dəyişməz olaraq qalır”.

Rasthaber Reporta istinadən xəbər verir ki, bunu Kanadanın baş naziri Castin Trüdo Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığından sonra tvitter səhifəsində yazıb.

O, Kanada ilə Ukrayna arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Baş nazir bildirib ki, Ukraynanın ərazi bütövlüyü və suverenliyinin dəstəkləməsi ilə bağlı rəsmi Ottavanın mövqeyi dəyişməzdir.

Volodimir Zelenski tvitter səhifəsindəki cavabında Ukraynanın çətin vaxtında verdiyi dəstəyə görə C.Trüdoya təşəkkürünü bildirib. O, Kanadanın baş nazirini bu ilin avqustun 23-də keçiriləcək “Kırm platforması” sammitinə dəvət edib.

Qeyd edək ki, bu zirvə görüşündə xarici dövlətlərin liderlərinin iştirakı planlaşdırılır.

Xəbəri paylaş

VİDEOLAR