51 yaşlı şəxs hüquq mühafizə orqanının əməkdaşı olmasa da əynində polisin xüsusi geyim forması olub.
Kanadanın Yeni Şotlandiya əyalətinin Portapik şəhərində 51 yaşlı Qabriel Uortman 16 nəfəri güllələyərək öldürüb.
“Report” xəbər verir ki, bu barədə “CBC” kanalına milli polis komissarı Brend Laki məlumat verib.
Onun sözlərinə görə, silahlı insident terror aktı kimi qiymətləndirilmir.
51 yaşlı şəxs hüquq mühafizə orqanının əməkdaşı olmasa da əynində polisin xüsusi geyim forması olub.