Kanadada müəllimə hicab geyindiyi üçün işdən çıxarılıb.
Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, hadisə Kvebek əyalətinin Çelsi şəhərində baş verib.
Məktəbdə oxuyan şagirdlər və onların valideynləri müsəlman müəlliməyə dəstəklərini ifadə ediblər.
“Belə bir şeyin bizim kiçik icmamızda baş verməsi biz valideynləri şok edib”, – dey valideynlərdən biri Amanda DeQreys bildirib.
Məktəb şurası müəllimənin işdən kənarlaşdırıldığını təsdiq edib və əlavə edilib ki, bu qərar bəzi dövlət işçilərinə dini simvollardan istifadəni qadağan edən qanun əsasında qəbul edilib.