Bununla da Kanadada koronavirusa yoluxanların sayı 12-yə çatıb.
Kanadanın Ontario əyalətinin rəhbərliyi bölgədə koronavirusa yoluxan 5-ci şəxsin qeydə alındığını bildirib.
“Report” xəbər verir ki, bu barədə məlumatı CBC telekanalı yayıb.
Daha 7 nəfərə isə Britaniya Kolumbiyası əyalətində koronavirus diaqnozu qoyulub. Bununla da Kanadada koronavirusa yoluxanların sayı 12-yə çatıb.
Xatırladaq ki, dünyada koronavirus infeksiyasından ölənlərin sayı 2 770 nəfərdir. Virus daşıyıcılarının sayı isə 81 279-dan çoxdur.