Kanadada kiçik təyyarənin avtomobil yolunda qəza enişi - VİDEO

Kanadada kiçik təyyarənin avtomobil yolunda qəza enişi - VİDEO

Kanadanın Kvebek əyalətində tək mühərrikli kiçik təyyarə magistral avtomobil yoluna qəza enişi edib.

Rasthaber Azərbaycan Trend-ə istinadən verdiyi məlumata görə, "Piper PA-28 Cherokee" təyyarəsi yerli hava limanından bir neçə kilometr məsafədə problemlərlə üzləşib. Pilot təyyarəni ən yaxın yola endirməyi qərara alıb.

Eniş zamanı heç kim xəsarət almayıb, lakin avtomobil yolu təxminən bir saatlıq bağlanıb. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər və təhliyə maşınları təyyarəni yoldan kənara çəkiblər.

Xəbəri paylaş

VİDEOLAR