Qəzza zolağının şimalındakı Kamal Ədvan xəstəxanasının baş həkimi deyib: Biz xəstəxanada mühasirəyə alınmışıq və beynəlxalq tələblərə baxmayaraq, bu xəstəxananın daxilində tibbi və humanitar vəziyyət hələ də dəhşətli və dözülməzdir.
Az.rasthaber.com xəbər verir ki, Hisam Əbu Səfiyyə əlavə edib: Sionist rejim ordusu tərəfindən mühasirədə olan və xəstələri təxliyyə ilə hədələyən bu xəstəxananın daxilindəki tibbi və humanitar vəziyyət dözülməzdir.
O, davam etdi: Biz xəstəxana binalarının içərisində mühasirəyə alınmışıq və nə həyətə, nə də başqa binalara gedə bilmirik, çünki hərəkət etmək istəyən hər kəs İsrail ordusunun hərbçilərinin hədəfində olacaq.