Kahramanmaraş zəlzələlərində can itkisi 32 minə çatıb

Kahramanmaraş zəlzələlərində can itkisi 32 minə çatıb

Fevralın 6-da Kahramanmaraşda baş verən və 10 rayonu təsiri altına alan 7,7 və 7,6 bal gücündə zəlzələlərdə can itkisi 31 min 974-ə yüksəlib.

Az.rasthaber.com xəbər verir ki, Fövqəladə Halların İdarə Olunması Agentliyi - AFAD zəlzələlər nəticəsində 31.974 nəfərin həyatını itirdiyini açıqlayıb.

Fevralın 6-dan indiyədək bölgədə 3170 yeraltı təkan qeydə alınıb.

200 minə yaxın fəlakət qurbanı digər əyalətlərdən təxliyə olunub.

Təxminən 250 min personalla dağıntılar altında axtarış-xilasetmə işləri davam edir.

Xəbəri paylaş

VİDEOLAR