Kabulda bir gündə törədilən terror hücumlarında 1300-dən çox insan xəsarət alıb

Kabulda bir gündə törədilən terror hücumlarında 1300-dən çox insan xəsarət alıb

Kabul hava limanında partlayışlar baş verib.

Rasthaber Azərbaycan xəbər verir ki, partlayış nəticəsində 10 ABŞ hərbçi ölüb, üçü yaralanıb.

ABŞ mediası hadisədə 10 əsgərin öldüyünü, Al-Jazeera bu rəqəmin 25, yaralı sayının isə 90-a yaxın olduğunu bildirib.

  “The New York Times” qəzetinin Əfqanıstandakı müxbiri Fahim Abed özünün “twitter” səhifəsində isə yazıb: “Həlak olmuş azı 40 nəfərin cəsədi və 120 yaralı Kabil xəstəxanalarına çatdırılıb. Xəsarət alanların təxminən 60 faizi ağır vəziyyətdədir.”

 Britaniya kəşfiyyatı hesab edir ki, terror aktlarının arxasında çox böyük ehtimalla İŞİD-in Əfqanıstandakı qruplaşması dayanır.

Kabildəki partlayışlar zamanı 1,3 mindən çox insan xəsarət alıb.

Qeyd edilir ki, terror aktları nəticəsində 1338 nəfər yaralanıb, 60 nəfər isə həyatınıı itirib.

Başqa mənbənin məlumatına görə isə, azı 90 Əfqanıstan vətəndaşı dünyasını dəyişib. Pentaqondan isə bildirilib ki, 13 ABŞ hərbçisi də ölüb.

Partlayışlardan biri xarici vətəndaşların, o cümlədən də ABŞ və Böyük Britaniya vətəndaşlarının toplaşdığı “Baron” adlı otelin yaxınlığında törədilib. Partlayış terrorçu kamikadze tərəfindən törədilib, daha sonra isə avtomobilə yerləşdirilən partlayıcı da işə düşüb.

İŞİD terror təşkilatı hava limanına hücumun məsuliyyətini öz üzərinə götürüb.

Xəbəri paylaş

VİDEOLAR