Kabildə İran və Əfqanıstan rəsmiləri arasında kritik görüş

Kabildə İran və Əfqanıstan rəsmiləri arasında kritik görüş

İranın Kabildəki səfiri Həsən Kazimi Qumi Əfqanıstandakı Taliban hökumətinin xarici işlər nazirinin müavini Əmirxan Müttəqi ilə görüşüb.

Az.rasthaber.com xəbər verir ki, Əfqan mediasının məlumatına görə, Kazimi Qumi və Əmirxan Muttəqi arasında keçirilən görüşdə ikitərəfli əlaqələr, eləcə də Əfqanıstanla bağlı Doha görüşü və suyun bölüşdürülməsi məsələsi müzakirə olunub.

Bu görüşdə Müttəki iki qonşu ölkə arasındakı yaxşı münasibətlərə toxunaraq, tərəflər arasında su probleminin dialoq və anlaşma yolu ilə həll olunacağına inandıqlarını bildirib.

Bundan əvvəl Müttəqi bəyan etmişdi ki, Taliban hökuməti 1973-cü ildə İranla Hilmand çayında suyun paylaşılmasına dair razılaşmaya sadiqdir.

Qeyd edək ki, İranın Əfqanıstanla sərhədində yerləşən Sistan-Bəlucistan əyalətinə səfər edən İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Talibanın su müqaviləsinə münasibətini tənqid etmişdiər.

Xəbəri paylaş

VİDEOLAR