Jurnalist Alptekin Dursunoğlu həbs edildi - YENİLƏNDİ

Jurnalist Alptekin Dursunoğlu həbs edildi - YENİLƏNDİ

Alptekin Dursunoğlu dünən gecə saxlanılıb.

Rasthaber Azərbaycan xəbər verir ki, dünən saxlanılan Suriyadakı olaylarla bağlı sosial şəbəkələrdə fikir bildirən "Yakın Doğu Haber " saytının baş redaktoru Alptekin Dursunoğlu bu gün məhkəməyə çıxarılıb.

Növbətçi məhkəmə ona həbs qətimkan tədbiri seçib.

Sabah onun həbsindən apellyasiya şikayəti veriləcəyi önə çəkilir.

 

 

12:32 - Rasthaber Azərbaycan xəbər verir ki, "Yakın Doğu Haber " saytının baş redaktoru Alptekin Dursunoğlu dünən gecə saxlanııb.

Bu haqda özü tvitter səhifəsində yazıb.

"Hal hazırda saxlanılıram", -deyə Dursunoğlunun son tvitində qeyd edib.

Qeyd edək ki, Yaxın Şərq, xüsusilə Suriyadakı olayları yaxından təqib edərək istər sosial şəbəkələrdə, istərsə də saytı vasitəsilə geniş izləyici kütləsinə sahib olan Alptekin Dursunoğlu bir neçə kitabın müəllifidir.

Xəbəri paylaş

VİDEOLAR