İsrail nəşri İran İslam İnqilabı Keşikçiləri Korpusu-SEPAH-ın baş komandanının açıqlamasını dərc edərək, bir daha İranın PUA gücü barədə xəbərdarlıq edib.
Rasthaber Azərbaycan İran mediasına istinadən məlumatına əsasən, SEPAH baş kimandanı Hüseyn Səlami bu təşkilata aid Bəqiyyətullah (əc) Tibb Elmləri Universitetində keçirilən mərasimdə bildirib ki, İranın 7000 kilometr məsafədə fəaliyyət göstərən Pilotsuz Uçan Aparatları var. Onlar harada olmasından asılı olmayaraq, uça, öz bazasına dönə və istədiyi yerdə eniş edə bilərlər.
Bu xəbərin yayılmasından dərhal sonra “Jerusalem Post” qəzeti “İranın 7000 km-lik dronu İsrail üçün xəbərdarlıqdır” başlıqlı təhlilində yazıb ki, bu PUA həqiqi döyüşdə belə uzaq məsafəni uça bilməsə də, Tehrandan İslandiyanın paytaxtına qədər məsafəni qət etməsi kifayətdir. İran həqiqətdə xəbərdarlıq mesajı göndərir ki, bu silahla İsrailə hücum etmək iqtidarına malikdir.
Qəzet əlavə edib: “SEPAH generalının açıqlamasının mənası budur ki, sözügedən dron İrandan, Yəməndən və ya Suriyadan İsrail hava məkanına uça və yenidən öz əvvəlki bazasına qayıda bilər.”