Ayətullah Xamenei Buşehr vilayətinin şəhidlər konqressinin qərargahının üzvlərilə görüşüb.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İslam İnqilabının rəhbəri Ayətullah Xamenei 13 yanvarda Buşehr vilayətinin şəhidlər konqressinin qərargahının üzvlərilə görüşüb.
O bu vilayəti həssas və hərbi iftixarlarla dolu bir bölgə adlandıraraq deyib: "Buşehr, müstəmləkəçilərin bu bölgədəki iştiraklarına görə, uzun illər İran düşmənlərinin təhdidi ilə üzləşirdi, amma din alimlərinin istiqamətləndirmələri və Rəisəli Delvari kimi yüksək dərəcəli şəhidlərin fədakarlıqları ilə bu hücumların qarşısında qüdrətlə dayandı."
Ayətullah Xamenei Delvari, Məhdəvi, Aşuri və Gənci kimi tanınmış şəhidlərin Buşehrdən ayağa qalxmasının bu bölgədə İslam barədə inqilabçı və cihad anlayışının dərinliyini və bu həqiqətin müxtəlif nəsillərdə təkrar olduğunu göstərdiyini qeyd edib.
"Bir iş görün ki, bu şəhidlərin və görkəmli şəxsiyyətlərin xatirəsi yeni nəsillərin yaddaşında həkk olmuş olsun.", -deyə İnqilab rəhbəri əlavə edib.
Ayətullah Xamenei ölkə hüdudlarının müdafiəçisi, mübariz şəxsiyyət Rəisəli Delvarinin təcavüzkar ingilislərlə mübarizədəki fədakarlıqlarına, həmçinin Nadir Məhdəvi kimi bir şəxsiyyətdən beynəlxalq bir mübariz simanın timsalında yüksək meyar yaratma imkanının mövcud olmasına işarə edərək deyib: "Təəssüflər olsun ki, bəzən hətta bu görkəmli şəxsiyyətlərin adları belə, yeni nəsilə tanış deyil. Halbuki təbliğat orqanları cihad fikrini böyük cihad simalarını nümunə etməklə genişləndirməli və dərinləşdirməlidirlər."
İslam İnqilabı Lideri yeganə xilas yolu, şəhidlərin yolunun davam etdirilməsi olan bu real duyğunu əhatəli etməyin vacibliyini vurğulayaraq "Böyük güclərin tamah göstərdikləri İran kimi səksən milyonluq əhalisi, iqlim müxtəlifliyi, həssas coğrafi mövqeyi ilə çeşidli imkanlara, mədənlərə və enerjiyə malik olan bir ölkə özünü iş və cihadla idarə edə bilməlidir ki, onun izzəti tapdaq altında qalmamış olsun. Əlbəttə, bu gün İslam İnqilabının bərəkətinə, İran xalqı dayanıb, amma cihad və müqavimət əhval-ruhiyyəsinin bünövrəsi elə qurulmalıdır ki, ardıcıl nəsillərin qəti yolu olmuş olsun.", -deyə qeyd edib.