İxvanul Muslimin hərəkatının liderlərindən olan Essam al-Erian həbsdə öldü

 İxvanul Muslimin hərəkatının liderlərindən olan Essam al-Erian həbsdə öldü

Essam al-Erian Misir həbsxanalarının birində vəfat edib

Rasthaber Azərbaycan xəbər verir ki,  bu barədə onun vəkili bildirib. 

Vəkil qeyd edib ki, Essam al-Erianın ölümü ilə bağlı onun ailəsinə məlumat verilib.  

Misir mətbuatı Essam al-Erianın ürək tutmasından vəfat etdiyini yazıb. 

Qeyd edək ki, 66 yaşlı Essam al-Erian 2013-cü sabiq Prezident Məhəmməd Mursinin devrilməsindən sonra həbs olunub. O, “Müsəlman qardaşları”nın siyasi qanadının (indiki Azadlıq və Ədalət Partiyası) vitse-prezidenti idi. 

Essam al-Eriana zorakılıq, qətl və casusluq ittihamları irəli sürülüb və həbs edilib. 

Xəbəri paylaş

VİDEOLAR