Benyamin Netanyahunun kabineti qanunun aliliyinə son qoyma prosesini davam etdirir və sabah Daxili Təhlükəsizlik Komitəsinin “çevriliş qanunlarının tərkib hissəsi olan” polis əmrlərinə dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin təsdiqləməsi gözlənilir
Az.rasthaber.com xəbər verir ki, Haaretz qəzeti yazır: “Bu layihəyə əsasən, Baş Prokurorluğun tabeliyində olan Polis İstintaq İdarəsi birbaşa ədliyyə naziri Yario Levindən əmrlər alacaq və bu nazir “Maheş”in rəhbərini təyin etmək səlahiyyətinə malik olacaq.
Nazir öz səlahiyyətlərindən müstəqil istifadə edərsə, bu idarənin rəhbərini də vəzifəsindən azad edə bilər.
Həmçinin bu layihəyə əsasən, Baş Prokurorluğa qarşı işlərin araşdırılması bu idarənin rəisinə həvalə edilib.
Söhbət bu idarəyə və Baş Prokurorluğa ciddi ziyan vurmaqdan gedir. Dindirmə və mühakimə səlahiyyətlərinə malik Polis İstintaq İdarəsi siyasi struktura çevrilir.
Bu idarənin rəisi nazir tərəfindən seçildiyi andan ondan nazirə tam itaət etmək tələb olunacaq və bu məsələ bu idarənin fəaliyyətinə təsir göstərəcək və qanuna uyğun hərəkət etməyən polis və rəhbərlər üçün təhlükə yaranacaq.