“Gürcü Arzusu”nun sədri, milyarder Bidzina İvanişvili siyasətdən getdiyini açqlayıb.
Az.shafaqna.com xəbər verir ki, o bu haqda ictimaiyyətə məktubunda qeyd edib.
“Hakim komanda həqiqətən alternativi olmayan ideal komandadır. Mən əminəm ki, bu komanda mənim zəhmətlərim, bacarığımı ləyaqətlə əvəz edə biləcək.”, -deyə İvanişvili bildirib.
İvanişvili məktubunun əsas hissəsində missiyasını tamamladığını önə çəkərək Partiya sədrliyi, həmçinin partiyanın özündən ayrıldığını qeyd edib.