İttifaq dövlətinin NATO ölkələri ilə sərhədindəki vəziyyət qeyri-stabil olaraq olaraq qalır və təhlükəsizliyinin təmin edilməsi Rusiya Müdafiə Nazirliyinin prioritet məsələsidir
Rasthaber Sputnik Azərbaycan-a istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqu Rusiya və Belarusun müdafiə nazirliklərinin birgə kollegiya iclasında deyib.
"Bölgədəki mövcud hərbi-siyasi vəziyyət, habelə beynəlxalq terrorizmdən irəli gələn yeni çağırışlar və təhdidlər kontekstində Rusiya Müdafiə Nazirliyi İttifaq Dövlətinin hərbi təhlükəsizliyini təmin etməyi özünün prioritet vəzifələrindən biri hesab edir ", – deyə videogörüş formatında təbirə qatılan Şoyqu bildirib.
Müdafiə nazirinin sözlərinə görə, Şimali Atlantika İttifaqı hərbi infrastrukturunu təkmilləşdirir və İttifaq dövlətinin sərhədləri yaxınlığında maddi-texniki vasitələr, silah, hərbi texnika ehtiyatı yığır. Şoyqu onu da qeyd edib ki, hazırda ABŞ-ın raketdən müdafiə seqmenti möhkəmləndirilir.
Nazir pandemiyaya baxmayaraq, NATO-nun hərbi təlimlərinin intensivliyinin azalmadığını da qeyd edib.